Neymar hamıdan yaxşı oldu

DÇ-2018-in 1/8 final mərhələsi çərçivəsində keçirilən Braziliya - Meksika duelinin ən yaxşı oyunçusu bəlli olub. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, Neymar "matçın ən yaxşısı" adına yiyələnib.

Qeyd edək ki, Braziliyanın 2:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə Neymar ilk qolun müəllifi olub.