Neymar Mundialdan kənarda qala bilər

PSJ-nin futbolçusu Neymar karyerasını təhlükə altına ata bilər.

SportLine.az ESPN-ə istinadən xəbər verir ki, braziliyalı hücumçu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində "Real"a qarşı keçiriləcək matçda meydana çıxsa, Dünya Çempionatını buraxa bilər.

Məlumata görə, həkimlər ona 6 həftədən sonra meydana qayıtmağa icazə veriblər. Bu müddətdə "sambaçı" müaəlicəsi ilə məşğul olmalıdı və bütün göstərişləri yerinə yetirməlidir.

PSJ rəhbərliyi və Unay Emeri isə onu "Real"a qarşı oynamasını istəyir.

Neymarın menecerliyini icra edən atası isə mətbuata açıqlamasında, "Bu oyunun PSJ üçün əhəmiyyətini başa düşürük. Amma bu vəziyyətdə Neymar komandaya heç bir kömək edə bilməz və hətta, karyerasını bitirə bilər", - deyib.

Qeyd edək ki, Neymar Fransa I Liqasında "Marsel"ə qarşı oyunda zədələnib. Sonradan oyunun ayağında qırıq aşkarlanıb.