Neymarın oynadığı oyunda 20 qol vuruldu
Əfsanəvi futbolçulardan təşkil olunan komandalar xeyriyyə matçında üz-üzə gəlib.
SportLine.az xəbər verir ki, görüşdə Braziliyanın əfsanəvi futbolçuları (Neymarın dostları) və "Real"ın əfsanələri (Vinisiusun dostları) qarşılaşıb. Neymar, Kaka, Roberto Karlos, eləcə də, futzal ulduzu - Falkaonun da çıxış etdiyi oyunda 20 qol vurulub.
Xeyriyyə matçı 10:10 hesablı heç-heçə ilə yekunlaşıb. Neymar 4 qolla yadda qalıb.