Neymarın qayıdacağı vaxt bilindi

Marsel "Olimpik"i ilə oyunda ayaq biləyi burxulan və sümüyündə çat aşkarlanan Neymar ötən gün Braziliyada əməliyyat olunub.

Sportline.az xəbər verir ki, braziliyalı futbolçunun zədəsinin ciddi olduğu bildirilir. 

Həkimlərin qənaətincə o, ən tezi 3 aya yaşıl meydana qayıdacaq.