Neymarın vəziyyətinə aydınlıq gətirilir
"Pari Sen-Jermen"in braziliyalı hücumçusu Neymarın ÇL-nın 1/8 final mərhələsinin cavab matçında iştirakı sual altındadır.
Sportline.az xəbər verir ki, ötən gecə Marsel "Olimpik"i ilə oyunda ayağı burxulan futbolçu bu gün yenidən müayinə olunacaq. İlkin müayinədə onun ayağının sümüyündə qırıq aşkarlanmayıb. Oynaq bağlarının tam müayinəsi ilə Neymarın bərpa prosesinin müddəti dəqiqləşəcək.
Qeyd edək ki, ilk qarşılaşmada 1-3 hesabı ilə uduzan "PSJ" "Real"la cavab oyununa martın 6-da çıxacaq.