Neymarla bağlı yay planı

PSJ Neymarın transferi üçün təklifləri nəzərdən keçirmək niyyətindədir.

Sportline.az Fransa mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu komandadan ayrılmaq istəyən 27 yaşlı oyunçunu yayda satmaq istəyir. Parislilərin braziliyalı hücmçu üçün 180 milyon avro tələb edəcəyi bildirilib.

Daha öncə PSJ-nin 222 milyon avroya aldığı Neymara 300 milyon avro təzminat qoyduğu haqda məlumat yayılmışdı.

Xatırladaq ki, Neymar PSJ-yə 2017-ci ildə "Barselona"dan transfer olunub.