"Neymarsız da qalib gələcəyik" - Tomas Tuxel
"Güzlü rəqibə qarşı oynadıq. Çətin oldu. Belə oyunlarda məğlubiyyət ehtimalı həmişə var". SportLine.az xəbər verir ki, bu sözləri PSJ klubunun baş məşqçisi Tomas Tuxel Fransa I Liqasının növbəti turu çərçivəsində "Lion"a qarşı keçirilən görüşdən sonra deyib.
Məğlubiyyətin səbəbləri ilə bağlı sualı cavablandıran mütəxəssis, "Hər şeyi Neymarın yoxluğuna bağlamaq istəmirəm. Sadəcə, bu gün rəqib bizdən daha yaxşı oynadı və layiqli qələbə qazandı", - deyib.
UEFA Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"ə qarşı keçiriləcək görüşlərə də toxunan baş məşqçi, "Futbolçularıma inanıram. Məqsədimiz, Çempionlar Liqasında qalib gəlməkdir. Neymarsız da qalib gələcəyik. Buna əminəm. Hər hansısa bir oyunçunun yoxluğu oyunumuza təsir etməməlidir. Futbol komanda oyunudur. Burada istənilən nəticəni bir futbolçu yox, bütün komanda qazanır. Mən də futbolçularıma güvənirəm. Onlar öz güclərini göstərəcəklər", - deyə bildirib.
Qeyd edək ki, "Lion"la görüşdə PSJ mövsümdə ilk dəfə məğlubiyyət acısı dadıb 1:2.