Niko Kovaç: "10 dəfə sərxoş olmuşam"

“Bavariya”nın baş məşqçisi Niko Kovaç spirtli içkilərə münasibətindən danışıb.

Sportline.az xəbər verir ki, xorvatiyalı mütəxəssis “Bild”ə açıqlamasında bu cür içkilərə meyilli olmadığını deyib:

“Mən əvvəllər sərxoş olmuşam. Amma çox az. Sayını barmaqla göstərə bilərəm. 47 yaşım var və cəmi 10 dəfə sərxoş olmuşam. Dincəlmək üçün ailəmlə daha çox vaxt keçirirəm”.