Nikola Yurçeviçdən qələbə şərhi

Bu gün Bəhreyn Milli Stadionunda Bəhreyn və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyunundan sonra millimizin baş məşqçisi Nikola Yurçeviç brifinq keçirib.

Sportline.az xəbər verir ki, Yurçeviç qələbəni belə şərh edib.

"Qələbə qazanmağımız çox vacib idi. Tək mənim üçün yox, ümumilikdə, komandanın əhval-ruhiyyəsinin yaxşı olması üçün bu qələbə önəmlidir. Bəhreyn millisi son bir neçə oyununda 1 dəfədən artıq top buraxmamışdı, amma biz bu gün rəqibin qapısından 3 qol keçirə bildik.  Çox çətin hava şəraitində oynadıq. Temperatur çox yüksək idi. Bu baxımdan futbolçuların hansı fədakarlıq etdiyinin fərqindəyik. Bu göstərir ki, komandada həm əzmkarlıq, həm də keyfiyyət var. Qarşıda bizi Macarıstan millisi ilə oyun gözləyir. Həmin qarşılaşmaya qədər yaxşı bərpa prosesi keçməliyik. Təbii ki, həmin oyun bugünkü qarşılaşmadan fərqlənəcək. Həm daha yaxşı hava şəraitində oynayacağıq, həm qarşılaşmanın statusu fərqlidir, həm də digər - sırf futbol nüansları baxımından çox fərqli görüş olacaq".