Nikolya Pepe PSJ-nin hədəfində

“Pari Sen-Jermen” klubu “Lill”in forvardı Nikolya Pepeni transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, “Lill” rəhbərliyi 23 yaşlı hücumçusunu asanlıqla əldən vermək fikrində deyil.

Fransa mətbuatının yazdığına görə, “Lill” rəhbərliyi Pepeyə görə Paris klubundan 80 milyon avro tələb edir.  Qeyd edək ki, Fildişi Sahilili futbolçu bu mövsüm Fransa çempionatında  keçirdiyi 37 oyuna 22 qol vuraraq bombardirlər yarışında ikinci pillədə qərarlaşıb.