Norveç - Azərbaycan matçının hakimləri müəyyənləşdi
21 yaşadək futbolçuların Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində keçiriləcək Norveç - Azərbaycan görüşünün hakimləri açıqlanıb.
SportLine.az xəbər verir ki, matç bolqarıstanlı briqadaya həvalə olunub. Qarşılaşmanın baş hakimi Volen Çinkov olacaq. Ona Deniz Sokolov və Miroslav Maksimov köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Nikolay Yordanov yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 16-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.