Nurlan Novruzov Moldova klubunda

Azərbaycanlı futbolçu Nurlan Novruzovun yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 26 yaşlı hücumçu rəsmi "Facebook" hesabından karyerasını Moldovada davam etdirəcəyi ilə bağlı paylaşım edib.

Novruzov ölkənin "Dinamo-Avto" klubu ilə müqavilə imzalayıb. Sözləşmənin detalları hələ ki, bəlli deyil.

Qeyd edək ki, Nurlan Novruzov "Bakı", "Sumqayıt", "Zirə", "Səbail" kimi komandaların formasını geyinib. O, son olaraq Türkiyənin "Dersim 62 Spor" kollektivində çıxış edib. Forvard 2014/2015 mövsümündə "Bakı"nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olub