Nurlan Novruzov "Şerif"ə qarşı

Moldova kubokunun 1/4 finalının ilk oyununları keçirilir.

Sportline.az xəbər verir ki, futbolçumuz Nurlan Novruzovun çıxış etdiyi “Dinamo-Avto” səfərdə “Şerif”ə 0:1 hesabı ilə məğlub olub.

Start heyətdə meydana çıxan Novruzov, 63-cü dəqiqədə əvəzlənib.

Cavab oyunu oktyabrın 30-da keçiriləcək.