"Nyukasl" yeni baş məşqçi axtarışında

“Nyukasl” klubu baş məşqçi axtarışındadır.

Sportline.az xəbər verir ki, mövsümün sonunda müqavilə müddəti başa çatan Rafael Benitez komanda ilə yeni anlaşma imzalamayıb.

Beynəlxalq medaida Benitezin komandadan ayrılacağı təqdirdə “Nyukasl” rəhbərliyinin Yurgen Klinsmanı komandaya dəvət edəcəyi barədə xəbərlər yayılıb. Almaniya və Amerika Birləşmiş Ştatları komandasında baş məşqçilik edən Klinsman hazırda işsizdir.