O, hamıdan yaxşıdır
DÇ-2018-in 1/4 final mərhələsi çərçivəsində keçirilən Braziliya - Belçika duelinin ən yaxşı oyunçusu müəyyənləşib. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, Belçika millisinin üzvü Kevin De Bruyne "matçın ən yaxşısı" adına layiq görülüb.
Qeyd edək ki, Belçikanın 2:1 hesablı qələbəsi ilə yekunlaşan görüşdə De Bruyne qollardan birinin müəllifi olub.