"O, "Mançester Yunayted"in ən uğurlu transferidir" - Runi

"Everton"un futbolçusu Ueyn Runi Aleksis Sançez haqda fikirlərini "Express"lə bölüşüb. SportLine.az xəbər verir ki, U.Runi çilili hücumçunu "Mançester Yunayted"in ən yaxşı transferi kimi dəyərləndirib:

"Mançester Yunayted" son illər heyəti gücləndirmək üçün böyük vəsait xərcləyib. Ancaq demək olmaz ki, transferlərin hamısı uğurlu olub. Sözsüz, cari mövsüm komanda xeyli güclənib və yuxarı pillələr uğrunda inamla mübarizə aparır. Sançezin bu işdə "qırmızı şeytanlar"a kömək edəcəyinə əminəm. O, həm ingilis futboluna bələddir, həm də udtadır. Meydanda çox istəkli görünür. Bütün bu komponentlər onu "Mançester Yunayted" üçün dəyərli edir. Sançez son illərdə "Mançester Yunayted"in ən uğurlu transferidir".

Qeyd edək ki, A.Sançez qış transfer pəncərəsində "Arsenal"ı "Mançester Yunayted"ə dəyişib.