Oksleyd-Çemberleynin vəziyyəti nə yerdədir?

"Oksleyd-Çemberleynin zədəsi ciddi görünür". SportLine.az xəbər verir ki, bu sözləri "Liverpul" klubunun baş məşqçisi Yürgen Klopp oyundan sonra keçirilən mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, futbolçu bu gün müayinədən keçəcək: "Oyun onun üçün uğursuz başladı. Təəssüf ki, tezliklə biz onu əvəzləməyə məcbur olduq. Zədəsi çox ciddi ola bilər. Dəqiq nəsə demək çətindir. Müayinə ilə bütün suallara aydınlıq gələcək. Ümid edirik ki, Oksleyd-Çemberleyn tezliklə komandaya qoşulacaq".

Qeyd edək ki, futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən "Roma" ilə görüşün əvvəlində zədələnərək meydanı tərk edib.