Oleq Romantsevin Moskva derbisinə proqnozu

Rusiya Premyer Liqasının 22-turunun "Spartak" - CSKA matçı böyük maraqla gözlənilir.

Sportline.az xəbər verir ki, Rusiya futbolunun ən məşhur simalarından sayılan Oleq Romantsev Moskva derbisi ilə bağlı proqnozunu açılayıb.

"Spartak"ın əfsanəvi sabiq çalışdırıcısı ağ-qırmızıların imkanlarını daha yüksək qiymətləndirib. 

Onun fikrincə bu oyunda "Spartak" 1 top fərqi ilə qalib gələcək.

Qeyd edək ki, "Spartak" - CSKA matçı bu gün Bakı vaxtı ilə saat 20-00-da başlanacaq.