Ölkə kubokunun yarımfinal oyunlarının vaxtı dəyişdiriləcək

Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunlarının vaxtı dəyişdiriləcək.

Sportline.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 11 aprel tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcəyindən, həmin günə planlaşdırılan qarşılaşmalar başqa vaxta təyin olunacaq. 

Qeyd edək ki, ölkə kubokunda yarımfinal mərhələsinin ilk oyunları aprelin 11-də, cavab qarşılaşmaları isə 18-də keçirilməli idi.