Onyekuru "Monako"ya keçdi

"Monako" "Everton"un futbolçusu Henri Onyekurunu transfer edib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Fransa mətbuatı bu transfer üçün knyazlıq təmsilçisinin 13.5 milyon avro təzminat ödədiyini yazıb.

Qeyd edək ki, H. Onyekuru ötən mövsüm icarə əsasında "Qalatasaray"da oynayıb.