"Ordu" "Quba"ya qalib gəlib

Azərbaycan Basketbol Liqasının II turunda "Quba" "Ordu" ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma qonaqların 96:68 hesablı qələbəsi ilə bitib.

Günün digər matçında "Abşeron Lions" "Gəncə" kollektivi ilə qarşılaşacaq. Bu matç saat 19:00-da başlayacaq.

Qeyd edək ki, turun açılış matçında "Neftçi" "Şəki"ni 92:68 hesabı ilə üstələyib. Tura oktyabrın 12-də yekun vurulacaq.