Oyun vaxtı futbolçunun boynu qırıldı

Cənubi Koreyada keçirilən futbol qarşılaşması xoşagəlməz hadisə ilə yadda qalıb.

SportLine.az xəbər verir ki, "Kvancu" və "Tecon Sitizen" komandaları arasında görüşdə meydan sahiblərinin futbolçusu Li Sın-Mo top uğrunda hava mübarizəsi vaxtı yerə yıxılıb və boynu qırılıb. O, huşunu itirib və bir müddət nəfəs ala bilməyib. Xəstəxanaya aparılan futbolçu orada özünə gəlib.

Qeyd edək ki, görüş "Tecon Sitizen"in qələbəsi ilə yekunlaşıb - 1:0.