"Oyuna zəif başladıq" - Elşad Əhmədov

"Maraqlı oyun keçdi. Xüsusilə ikinci hissəni qeyd edərdim. Heyətdə dəyişiklik etmiş, yorğun olan futbolçulara istirahət vermişdik. Oyuna zəif başladıq. İkinci hissədə yaxşı oynadıq. "Qəbələ"ni təbrik edirik. Ancaq heç-heçə ediləsi oyun idi".

SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Marko Deviçin yoxluğunda hücum xəttiniz "dişsiz görünür. Bu gün Tura Qürbətova sonradan şans verdiniz, onu da əvəzlədiniz...

- Bəli. Markonun olmaması ziyanımızadır. Turala şans verdik ki, hücumu sürətləndirək. Sonra Elşən Abdullayevin sürətinə güvənərək onu meydana buraxdıq.

- Komanda ilk hissəni niyə zəif keçirdi?

- Həmişə ikinci hissəni zəif oynayırdıq. Bu dəfə ilk hissəni. Vadim Abdullayevlə Tərzin Changirov özlərini yaxşı tərəfdən göstərmədilər.

- Hesab etmirsiniz ki, məğlubiyyətlərdə bəzi futbolçuların olmaması rol oynadı?

- Erik Ramos 90 dəqiqə oynayır, yorğunluq hiss olunur. Məqsəd İsayevdə bir az zədə vardı. Ona görə onu keçən turda əvəzləməli olmuşduq. İlk hissənin sonunda özümüzə gəldik. Belə heyətlə oynasaydıq, ən azı iki qol buraxmazdıq.

- Deviç nə vaxt sıraya dönəcək?

- Hələ bilinmir, müalicəsi gedir. "Səbail"lə qarşıdakı oyunu buraxacağı dəqiqdir.