Ozan Can Kökcü "Sabah"a keçdi

Türkiyənin I Liqasında çıxış edən “Giresunspor”u tərk edən Azərbaycan millisini futbolçusu Ozan Can Kökçünin “Sabah”a keçidi rəsmiləşib.

Sportline.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Kökçü indiyə qədər Azərbaycanın U-21 yığmasının formasını geyinib. O, daha öncə Hollandiyanın “Valveyk” və Türkiyənin “Bursaspor” komandalarında çıxış edib.