Ozan Canın komandası qələbə qazandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün şərəfini qoruduğu “Valveyk” Hollandiya "Jupiler" Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib “Volendam” kollektivi olub.

Qarşılaşma "Valveyk"in qələbəsi ilə yekunlaşıb - 1:0.

Ozan Can bu görüşdə iştirak etməyib. 

“Valveyk” hazırda 33 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.