Özbəkistan Asiya kubokuna qələbə ilə başlayıb
Futbol üzrə Asiya kubokunda qrup mərhələsinin ilk turunun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, E qrupunda mübarizə aparan Özbəkistan millisi ilk oyunda Omana qalib gəlib.
Özbəkistan 2:1 Oman
Qollar: Odil Ahmedov, 34, Eldor Şomuradov, 85 - Mohsin Əl Qəssani, 72
Qırmızı vərəqə: Yeqor Krimets, 90 (Özbəkistan)