"Özil Almaniya millisinə qayıtmayacaq" - Yoahim Löv
"Özil Almaniya millisinə qayıtmayacaq. Onunla bu barədə danışmışıq. O, komandaya qayıtmaq istəmir". SportLine.az xəbər verir ki, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv "Sport Bild"ə açıqlamasında deyib.
İrqi təzyiqlər səbəbilə Bundestimi tərk edən türk əsilli futbolçunun yaxın gələcəkdə fikrini dəyişib-dəyişməyəcəyi ilə bağlı suala cavabında mütəxəssis Məsut Özilin fikrində qəti olduğunu dilə gətirib:
"Təbii ki, belə bir vəziyyəti heç kim arzu etməzdi. Bu məsələdə hamı diqqətli olmalıdır. Məsut Özil futbolçu olmaqla yanaşı, həm də insandır. Fikirlərinə hörmət etmək borcumuzdur. Onu yenidən komandada görmək istərdim. Amma, o, fikrini dəyişməyəcək".
Xatırladaq ki, M.Özil irqçi çıxışlara görə Almaniya millisində oynamaqdan imtina etdiyini bildirib.