"Panatinaikos" Avrokuboklardan kənarlaşdırıldı

UEFA Yunanıstanın "Panatinaikos" klubunu cəzalandırıb. SportLineaz qurumun rəsmi saytına istinadən xəbər verir ki, komanda qarşıdakı üç mövsümdə Avrokuboklardan kənarlaşdırılıb.

Maliyyə feyr-pley qaydalarını pozan klub 2018-19, 2019-20 ve 2020-21 mövsümlərində avrokuboklara vəsiqəni təmin etsə belə, iştirak hüququndan məhrum olunacaq.

Qeyd edək ki, "Panatinaikos" hazırda Yunanıstan Super Liqasında 10-cu pillədə qərarlaşıb.