Paris-2024: Zelim Kotsoyev yarımfinalda

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Sportline.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan dünya çempionu 1/4 final mərhələsində Peter Palçik (İsrail) ilə üz-üzə gəlib.

Rəqibini vazari xalı ilə üstələyən Kotsoyev yarımfinala yüksəlib.