"Partizani" - "Qarabağ" görüşünün vaxtı açılandı

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə ilk oyununun başlama saatı açıqlanıb.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 10-da Tiranada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.

Cavab matçı isə bir həftə sonra Bakıda olacaq.

Qeyd edək ki, bu cütün qalibi 2-ci təsnifat mərhələsində "Dundalk" (İrlandiya) - "Riqa" (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.