"Partizani" - "Qarabağ" matçına təyinatlar açıqlandı

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Partizani" ilə ilk matçına hakim təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, Tiranada keçiriləcək qarşılaşmanın baş hakimi İslandiya Futbol Federasiyasından Holvardur Arnason olacaq.

37 yaşlı referiyə həmyerliləri Yohann Qunnar Qudmundsson və Andri Vigfüsson köməklik edəcək. Dördüncü hakim funksiyasını Petur Qudmundsson yerinə yetirəcək.

Qeyd edək ki, "Partizani" - "Qarabağ" görüşü iyulun 10-u Bakı vaxtı ilə 19:30-da başlanacaq.