"Partizani" "Qarabağ"la oyuna belə hazırlaşır

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Partizani" cavab oyununa hazırlığı davam etdirir.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda son məşqə tam heyətlə qatılıb. 

Xatırladaq ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu saat 21:00-da başlanacaq.