Paşayev oynadı, komandası 1 xal qazandı

Azərbaycan millisinin üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Ukrayna çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Çernomorets" kollektivi olub.

Qarşılaşmada hesab açılmayıb.

P.Paşayev meydana start heyətində daxil olub və sonadək mübarizə aparıb.

Qeyd edək ki, "Aleksandriya" 24 xalla 8-ci pillədə qərarlaşıb.