Paşayev oynadı, komandası qalib gəldi

Azərbaycan millisinin üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Ukrayna çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib “Karpatı” kollektivi olub.

Görüş "Aleksandriya"nın qələbəsi ilə yekunlaşıb - 2:1.

P.Paşayev 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, bu nəticədən sonra "Aleksandriya" 25 xalla 3-cü pillədə qərarlaşıb.