Paşayevin komandası səfərdə qalib gəldi

Millimizin üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Ukrayna Premyer Liqasında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, komanda 4-cü turda "Zarya"nın qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.

P. Paşayev start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. O, 70-ci dəqiqədə sarı vərəqə alıb.
 
Qeyd edək ki, "Aleksandriya" 6 xalla  6-cı  yerdə qərarlaşıb.