Paşayevin komandasından 4 qollu bərabərlik

Millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi Ukraynanın “Aleksandriya” klubu Hollandiyadakı təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, rəqib Belçikanın “Standard” klubu olub. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.