Paşayevsiz "Aleksandriya" kubokla vidalaşdı

Azərbaycan millisinin üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Ukrayna kubokunun 1/16 final mərhələsində “Çernomorets”lə qarşılaşıb. SportLine.az xəbər verir ki, 0:3 hesabı ilə uduzan "Aleksandriya" mübarizəni dayandırıb.

Qeyd edək ki, zədəli olan P.Paşayevin adı iştirak ərizəsinə salınmayıb.