Pavel Hapal: "Meydana qələbə üçün çıxacağıq"

"Futbolçular sabahkı matçda meydana çıxmağa hazırdılar. Miroslav Stoh xəstələnib. Digər oyunçuların yoluxmaması üçün onu Bakıya gətirmədik".

Sportline.az xəbər verir ki, bu fikirləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, istənilən rəqibə hörmətlə yanaşırlar: "Azərbaycanın oyununa baxmışıq. Yaxşı kollektivdir. Biz meydana qələbə üçün çıxacağıq".

Çexiyalı mütəxəssis sabahkı matçdakı start heyəti açıqlama istəməyib. O, meydanda bəzi dəyişikliklər edə biləcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı iyunun 11-də saat 20:00-da "Bakcell Arena"da başlayacaq.