Pavel Paşayev liderə qarşı oyunda

Ukrayna Premyer Liqasında 12-ci tur başa çatıb.

Sportline.az xəbər verir ki, millimizin futbolçusu Pavel Paşayevin komandası Aleksandriya" səfərdə lider "Şaxtyor"la qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.  Bu, Donetsk təmsilçisinin 2019/2020 mövsümündə ölkə çempionatında ilk xal itkisi olub.

P.Paşayev görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 61-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, 12 turdan sonra "Aleksandriya" 20 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.