Pavel Paşayev oynadı, komandası qələbə qazandı

Azərbaycan millisinin üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Ukrayna çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Arsenal" kollektivi olub.

Görüş "Aleksandriya"nın qələbəsi ilə yekunlaşıb - 1:0.

P.Paşayev 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, hesabında 12 xalı olan "Aleksandriya" maksimum nəticə ilə turnir cədvəlinin zirvəsində qərarlaşıb.