Pavel Paşayevin komandası autsayderə uduzdu

Ukrayna çempionatında 29-cu tur yekunlaşıb.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin də iştirak etdiyi “Aleksandriya” klubu “Lvov” komandasını qəbul edib.

Həmyerlimizin sonadək mübarizə apardığı oyunda qonaqlar qalib gəliblər. Pedro Ferreira qələbə qolunun müəllifi olub. Minimal hesabla qalib gələn “Lvov” kollektivi autsayderdir. “Aleksandriya” klubu isə 48 xalla 3-cü pillədə qərarlaşıb.