Pavel Paşayevin komandası "Dinamo"ya uduzdu

Ukrayna Premyer Liqasında 32-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, milli komandamızın üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" doğma meydanda Kiyev "Dinamo"su ilə qarşılaşıb. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Paşayev start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, ilk 6-lıqda mübarizə aparan "Aleksandriya" 49 xalla 3-cüdür. "Şaxtyor" 83 xalla 1-ci, Kiyev "Dinamo"su 72 xalla 2-cidir.