Pavel Paşayevin komandası mərhələ adladı

Millimizin üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Ukrayna kubokunda 1/16 final mərhələsinin oyununa çıxıb.

Sportline.az xəbər verir ki, komanda səfərdə "Dinaz"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib və 1/8 finala yüksəlib.

P. Paşayev sözügedən matçda iştirak etməyib. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.