Paytaxt klubunda 3 müqavilə

"Sabah” klubu daha 3 futbolçu ilə münasibətlərini rəsmiləşdirib.

SportLine.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı Tərlan Əhmədli ilə 1, müdafiəçi Kərim Diniyevlə və yarımmüdafiəçi Vadim Abdullayevlə isə 2 illik müqavilə bağlanıb.

Əhmədli 1, Diniyev 5, Abdullayev isə 6 nömrəli formada çıxış edəcək.