Pedro Enrikenin taleyinə aydınlıq gəlib
"Qarabağ" klubunun sabiq futbolçusu Pedro Enrikenin taleyinə aydınlıq gəlib.
Sportline.az xəbər verir ki, braziliyalı futbolçu Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan Qazaxıstan "Astana"sının düşərgəsinə qoşulub.
İcarə əsasında bu klubun formasını geyinən hücumçunun, Yunanıstan PAOK-una qayıtmaq istədiyi bildirilirdi.
Qeyd edək ki, "Astana" ilə müqaviləsinin müddəti 2019-cu ilin yayında bitən futbolçunun "Qarabağ"a dönüşü də müzakirə mövzusu idi.