Pedro "Qarabağ"dan gedir?

"Hazırda özümü "Qarabağ"la Azərbaycan çempionu olmağa kökləmişəm". SportLine.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Pedro Enrike “Thestival”a açıqlamasında deyib.

Onun sözlərinə görə, gələn mövsüm PAOK-a qayıda bilər:

"Əlbəttə, mən PAOK – “Olimpiakos” derbisində oynamaq istəyərəm və mümkündür ki, bunu elə növbəti mövsümdə edəcəyəm. İndilikdə isə hazırkı mövsümün bitməsini gözləmək lazımdır". 

Qeyd edək ki, P.Enrike cari mövsümün əvvəlində PAOK-dan "Qarabağ"a keçib.