"Penalti epizodu barədə nəsə deyə bilmərəm" - Rəşad Sadıqov

"Maraqlı oyun oldu. Hər iki komanda yaradıcı futbol oynamağa, topa nəzarət etməyə çalışırdı. Nəticədən razı qaldım. Komandamızda kifayət qədər yeni futbolçu var. Heyəti yeniləməyə çalışırıq". SportLine.az sports.kz saytına istinadən xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov Qazaxıstanla keçirilən yoldaşlıq görüşündən sonra deyib.

Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Penalti epizodu barədə nə deyə bilərsiniz? Hakim haqlı idi?

- Bu epizod barədə nəsə deyə bilmərəm. Oyundan razıyam. Mənim üçün nəticə ikinci planda idi.

- Qazaxıstan millisi ilə bağlı təəssüratlarınız necədir?

- Yaxşı komandanız var. Sizə azarkeşlik edəcəyik. Qazaxıstanda futbolun inkişafı məndə yaxşı təəssüratlar oyatdı. "Astana"nın uğurları da bunu sübut edir. Düşünürəm ki, düzgün yoldasınız.

- "Astana"nın yeni baş məşqçisi Roman Qriqorçuk haqda nə deyə bilərsiniz?

- - Maraqlı insan və yaxşı məşqçidir. Onunla mübarizə aparmaq maraqlı idi. Qriqorçuka uğurlar arzu edirəm.