Pepe "Beşiktaş"la vidalaşdı

"Beşiktaş" portuqaliyalı futbolçu Pepe ilə yolları ayırıb. SportLine.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Oyunçuya 100 min 700 avro məbləğində təzminat haqqı ödənəcək.

Qeyd edək ki, 2017/18 mövsümündə transfer edilmiş Pepe “Beşiktaş”la 52 oyunda meydana çıxıb və 7 qol vurub.