Pərdis Fərcad-Azad Almaniya komandasında

Ötən mövsümün sonunda “Zirə”dən ayrılan Pərdis Fərcad-Azadın yeni klubu müəyyənləşib. 

Sportline.az xəbər verir ki,  “Keşlə” ilə anlaşan, komanda ilə məşqlərdə iştirak edən millimizin  sabiq hücumçusu qərarını dəyişib. O, Almaniyanın  Regional Liqa təmsilçisi “Viktoriya” (Berlin) ilə  müqavilə imzalayıb. Klubun rəsmi saytı sözləşmənin 1 illik olduğunu açıqlayıb.

Qeyd edək ki, millimizdə 6 oyun keçirən futbolçu “Sumqayıt” və “Keşlə”də də çıxış edib.