Perişiç: "Azərbaycan ilk hissədə yaxşı oynadı"

“Azərbaycan birinci hissədə yaxşı mübarizə apardı. Onların güclərinin tükənəcəyini bilirdik. Buna görə də səbrli olmalı idik”.

Sportline.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin üzvü İvan Perişiç AÇ-2020-nin seçmə mərhələsində yığmamızla keçirilən oyundan sonra deyib.

"İnter"in yarımmüdafiəçisi ölkəsinin mətbuatına açıqlamasında 2:1 hesablı qələbəi şərh edərkən layiqli nəticə əldə etdiklərini bilidirib: “Yekunda onların müdafiə xəttini yara bildik və layiqli qələbə qazandıq. Oyunumuzu daha da yaxşılaşdıraraq, yolumuza davam etməliyik”.